Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə,
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 4-də saat 13.35-dən 13.37-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.40-dan 13.45-dək və 23.25-dən 23.40-dək Füzuli rayonunun Horadiz, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.