Azərbaycan “İzvestiya ” qəzetinin rəhbərliyinin müraciətinə baxmağa hazırdır – XİN

“İzvestiya ” qəzetinin rəhbərliyindən Azərbaycan XİN-ə müraciət daxil olarsa, müraciətə Azərbaycanın müvafiq strukturlarında baxılacaq və qəbul edilən qərara uyğun olaraq sonrakı fəaliyyət müəyyən ediləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Trend-ə Azərbaycan XİN-in rəsmi nümayhəndəsi Elxan Poluxov məlumat verib.
“İzvestiya ” Rusiyanın qədim dövri nəşrlərindəndir və inanmaq istərdim ki, bu qəzet qərəzsiz nəşr imicini saxlaya biləcək “, – Poluxov bildirib.
“İzvestiya ” qəzetinin baş redaktoru Aleksandr Malyutin qəzetin Dağlıq Qarabağ münaqişəsi haqqında reportaj hazırlayan jurnalistinin respublikaya səfəri arzuolunmaz şəxslər siyahısına daxil edilməsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə danışmaq niyyətindədir. Trend.