“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdərə haqqında yeni sayt/bloq istifadəyə verib, – bu barədə məlumatı çərşənbə günü birliyin mətbuat xidməti yayıb.
Sayt/bloq haqqında daha ətraflı məlumat almaq üçün http://myaghdara.wordpress.com/ ünvanına baxmaq olar.
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək. Bu bloqların yaradılması “Mənim Qarabağım! Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
Artıq İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edir.
Bu günə qədər artıq Şuşa və Laçın haqqında bloqlar istifadəyə verilib.
/Trend, müxbir T.Cəfərov/