Azərbaycanda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bütövlükdə məşğul olunmalıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi komissiyanın yaradılması təkliflərinə münasibət bildirərkən deyib.
“Milli Məclis üzvlərinin bütün görüşlərində, beynəlxalq tədbirlərdə Qarabağ münaqişəsi müzakirə obyekti olur. Dağlıq Qarabağla bağlı hər hansı komissiyanın və ya komitənin yaradılmasını təklif edənlər münaqişənin həllini bunda görürlər. Hər kəs çıxış yolu axtarır və kimsə bəlkə çıxış yolunu komissiya və ya komitənin yaradılmasında görür. Amma mən düşünürəm ki, biz bütövlükdə Qarabağ məsələsi ilə məşğul olmalıyıq – həm Azərbaycan dövləti, həm Milli Məclis, müxtəlif dövlət qurumları, hər bir Azərbaycan vətəndaşı və mətbuatı “, – Muradova bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi bu gün Azərbaycanın prioritetləri sırasında ön yerdədir və digər işlərə də məhz bu prizmadan baxılır. “Biz bütövlükdə bu işə xidmət etməliyik “, – o qeyd edib… Trend.