Dağlıq Qarabağın azərbaycanlı icmasının xarici ölkələrdə nümayəndəlikləri yaradılır

Dağlıq Qarabağın azərbaycanlı icmasının xarici ölkələrdə nümayəndəliklərinin yaradılması istiqamətində işlər görülür. Bu barədə cümə günü Trend-ə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ” İctimai Birliyinin sədri, Şüşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məlumat verib.
Səfərov qeyd edib ki, artıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və görülən işlər öz bəhrəsini verir.
“Xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bu işdə çox fəaldırlar. Biz də Ermənistanın işğalçılıq siyasətini beynəlxalq müstəvidə ifşa etmək fəaliyyətimizi davam etdiririk “, – o vurğulayıb… Trend.