Bağırovun çıxışı Kremli titrədir – Ermənilərin “Qarabağ planı” baş tutmur

“Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir”…

“Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir”.

Bir gün Stalin Mir Cəfər Bağırovu Kremlə çağırır və deyir:

– Ermənistan Ali soveti Sessiya çağırıb. Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmağını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikriniz nədir?

M.C.Bağırov deyir:

– Yoldaş Stalin, mən fikrimi kürsüdə deyəcəm.

Söhbət hər ikisinin arasında bitir.

Kremlin iclas zalında Sessiya başlanır. Ermənistan tərəfi alovlu çıxış edir, yekunda isə ermənipərəst qüvvələr, məruzəçini sürəkli alqışlarla qarşılayaraq əl çalırlar.

Bundan sonra, söz verilir M.C.Bağırova.

Bağırov üzünü sessiya iştirakçılarına tutaraq deyir:

– Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir. Bütün sovet xalqları kimi, Azərbaycan və erməni xalqları da faşist Almaniyasına qarşı çiyin-çiyinə, mətanətlə vuruşmuşlar. Mən bilirəm ki, Ermənistanın kənd təssərüfatında yararlı torpaq sahələri azdır. Mən Ermənistan sessiyasının qərarını bəyənirəm.

Dağlıq Qarabağın Ermənistana verillməsinin tərəfdarıyam. Lakin Azərbaycanın qədim torpaqları olan Göyçə mahalı, Dərəlyəz mahalı, Zəngəzur mahalı, Borçalı mahalı və Dərbənd Azərbaycana  qatılsın.

Stalin Mir Cəfərin axırıncı sözünü eşidən kimi Ermənistan ali Sovetinin qərarının üstündən qırmız karandaşla yazır “нелзя”.

Bununla da iclas sona çatır. (atvxeber)

www.oxu.az