Bakı Qarabağla bağlı danışıqlarda öz iştirakına yenidən baxa bilər – Azərbaycan səfiri

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “Praqa prosesi ” formatında nizamlanması üzrə danışıqlar prosesində gələcək iştirakının perspektivi barədə “ciddi düşünə ” bilər. Bu, Ermənsitan ATƏT-in Minsk qrupunun həmsədrlərinin “Madrid prinsipləri ” əsasında irəli sürdükləri təklifləri yubatsa və ya mənfi cavab versə, ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Regional münaqişələrin nizamlanmasının beynəlxalq hüquqi mexanizmləri ” konfransı zamanı Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli deyib.
Diplomat xatırladıb ki, 1994-cu ilin mayından etibarən Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə “hələ ki uğursuz ” sülh danışıqları aparırlar. Son vaxtlar dialoq “Madrid prinsipləri ” əsasında “Praqa prosesi ” çərçivəsində də aparılır. Məhz bu prinsiplər Minsk qrupunun həmsədrlərinin 2009-cu ildə irəli sürdükləri təkliflərin bərpası üçün zəmin olub… Trend.