Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada uçqun olub, yaralananlar var, onlardan üçü uşaqdır

Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada uçqun olub. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 17.30 radələrində Gəncə prospekti, 17 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində baş verən uçqun nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan 3-nün aldığı xəsarətlər ağır olduğundan onlar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdiriliblər. Onların adları hələlik açıqlanmır… Apa.