Baltik PA ATƏT-in Minsk qrupunu aktiv fəaliyyətə çağırıb

Baltik Parlament Assambleyası (PA) ATƏT-in Minsk qrupunu aktiv fəaliyyətə çağırıb. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən GUAM Parlament Assambleyasının 5-ci geniş tərkibli iclasında Baltik PA-nın vitse prezidenti Raymonds Deyonis bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır.
“Regionda sülhün və sabitliyin bərqərar olunması üçün Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır. Bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu irəliləyişə nail ola bilməyib, buna görə də bu münaqişənin sülh yolu ilə tez bir zamanda həlli üçün ATƏT-in Minsk qrupu səylərini artırmalıdır “, – o deyib.
Raymonds münaqişənin həlli zamanı zərərçəkən insanların rəylərinin nəzərə alınmasının vacib olduğunu deyib… Trend.az