Baş katib: İƏT ölkələri Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün səylərini birləşdirməlidir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün öz səylərini birləşdirməlidir…

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün öz səylərini birləşdirməlidir. Trend “Anadolu ” agentliyinə istinadən məlumat verir ki, bu barədə İƏT-in baş katibi Ekmələddin İhsanoğlu Səudiyyə Ərəbistanının Ciddə şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı qeyd edib.

İhsanoğlunun sözlərinə görə, İƏT soyqırımın beynəlxalq miqyasda tanınması üçün mümkün olan hər şeyi edir.

Baş katib Ermənistanı işğal olunmuş Azərbaycan torpaqlarını dərhal azad etməyə çağırıb.

Tədbirdə, həmçinin İslam İnkşaf Bankının rəhbəri Əhməd Məhəmməd Əli, Azə

/Trend/