Bayram Səfərov: Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır. Bu barədə cümə günü Trend-ə “Dağlıq Qarabağın Azərbaycanlı İcması ” İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.
Səfərov hesab edir ki, Dağlıq Qarabağın hər iki icmasının görüşməyinə ehtiyac var və bu görüşlər mütəmadi keçirilməli, danışıqlar aparılmalıdır. Onun sözlərinə görə, icmalar arasında görüşlərin keçirilməsi münaqişənin sülh yolu ilə həllinə müsbət töhfələr verə bilər.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova cümə günü Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib ki, Assambleyada Dağlıq Qarabağa dair keçirilən dinləmələrdə icmalar arasında görüşün təşkili təklifi ilə çıxış edib.
O bildirib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş ya noyabrda, ya da yanvarda regiona səfər edəcək. Xüsusi nümayəndənin səfəri zamanı azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi barədə danışıqlar aparılacaq…
Trend.