Beynəlxalq ictimaiyyət lazımi diqqət göstərmir

AŞPA-nın yaz sessiyasının aprelin 12-də keçirilmiş plenar iclasının ikinci hissəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
APA-nın Avropa bürosunun məlumatına görə, Türkiyə XİN rəhbəri çıxışında, əsasən, AŞ daxilində gedən islahatlara toxunub, bunun təşkilatın Avropada və dünyada nüfuzunu daha da qaldırmağın vacib olduğunu bildirib. Bundan başqa o, son dövrdə ərəb ölkələrində baş verən hadisələr və Liviya problemi haqda danışıb. Türkiyəli nazir eyni zamanda, AŞ ilə Avropa İttifaqı arasında münasibətlər, aprelin 24-də Türkiyənin İzmir şəhərində Avropa İnsan Hüquqları Məhkəməsində islahatlara dair nazirlər səviyyəsində konfrans keçiriləcəyini də diqqətə çatdırıb… Apa.