Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyiblər.

Azərbaycanda və Ermənistanda saxlanılan hərbi əsirlərin və mülki şəxslərin qaytarılması ilə bağlı tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət etməyiblər.
Trend-in məlumatına görə, bu barədə bir neçə informasiya agentliyinə müsahibəsində BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə proqramının koordinatoru xanım Silvi Qrənişer deyib.
O bildirib ki, BQXK saxlanılan şəxslərin qaytarılması ilə bağlı tərəflər arasında danışıqlar prosesinə qarışmır, yalnız münaqişə tərəflərinin razılığı ilə və onların müraciətinə əsasən bu prosesə kömək edir…
Trend.