BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir

BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir. Trend-in məlum atına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
“Beynəlxalq vasitələrin işlənmədiyi bir zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin tükənməsi barədə fikirlərin formalaşması təbiidir. Amma beynəlxalq güc balansını, beynləxalq dairələrin maraqlarını nəzərə alanda və lazım gəldiyi anda qəti hərəkətlər etməyə qadir olduğunu göstərən faktlar ortada olanda imkanların tükənmədiyi qənaətinə gəlmək olur. Sadəcə, bunun üçün siyasi qərar, konkret əməli fəaliyyət lazımdır ” , – Muradova əlavə edib.
Muradova bildirib ki, beynəlxalq güclərin imkanlarının, hansı təsir vasitələrinin olduğunu hamı bilir. Sadəcə, bundan istifadə üçün qərarlılıq ortada yoxdur. Qərar olsa ki, artıq bu münaqişəyə son qoymaq lazımdır, bunu həmin an etmək mümkündür… Trend.