Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü olduğu illərdə qaldırılmalıdır.
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin müzakirəsi BMT Baş Assambleyasının gündəliyindədir. Və istədiyimiz zaman biz bu məsələ ilə bağlı konkret mövqe bildirib onun müzakirəsini təşkil etmək üçün əlimizdən gələni edəcəyik. Amma mən düşünürəm ki, bunu bu ilin dekabr ayında etmək bəlkə o qədər də məqsədəuyğun deyil. Bu mənada düşünürəm ki, biz bir qədər gözləsək yaxşıdır. Fikrimcə, məsələnin bu qurumda müzakirəsini ölkəmizin BMT TŞ-nin üzvü olduğu illərdə qaldırsaq, daha məqsədəuyğun olar “, – Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib… Trend.