BMT: Ukraynada müharibə 5 minə yaxın insanın həyatına son qoyub

Münaqişə zonalarında 5,2 milyona yaxın insan yaşayır…

Münaqişə zonalarında 5,2 milyona yaxın insan yaşayır.

BMT Ukraynada münaqişə zamanı həlak olanlar barədə son məlumatları açıqlayıb.

Təşkilatın məlumatına görə, müharibə qurbanlarının sayı 4,6 min nəfəri ötüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar məsələlərin uzlaşdırılması idarəsinin bəyanatında deyilir.

BMT hesablayıb ki, aprelin ortalarından Ukraynanın cənub-şərqində 4634 nəfər, o cümlədən iyulun 17-də Donetsk üzərində vurulmuş, Malayziyaya məxsus “Boeing” təyyarəsinin 298 sərnişini həlak olub.

Hərbi əməliyyatlar nəticəsində 10 min 342 nəfər yaralanıb.  

Son məlumatlara görə, təxminən 5,2 milyona yaxın insan münaqişə zonalarında yaşayır, daha 567 min 956 nəfər ölkəni qaçqın kimi tərk edib.

Ukraynanın şərqində hərbi əməliyyatlar 2014-cü ilin aprelindən davam edir.

www.oxu.az