BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri cəbhədə vəziyyətin gərginləşməsinə münasibət bildirib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsinə, atışmalara münasibət bildirib…

 

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsinə, atışmalara münasibət bildirib.

 

APA-nın verdiyi məlumata görə, nümayəndəliyin rəhbəri Deniz Duran bu gün keçirdiyi mətbuat konfransında bildirib son vaxtlar cəbhədə yaranmış gərginliyi yaxından izləyirlər.

 

O, insan tələfatının təəssüf doğurduğunu vurğulayıb: “İcmaların nümayəndələri və hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Vəziyyət stabilləşəndən sonra həmin ərazilərə baş çəkmək fikrindəyik. Hazırda isə atışma baş verən zonalarda bizim nümayəndələrimiz yoxdur, təhlükəsizliklə bağlı belə anlarda orada nümayəndələrimiz olmur”.

/Apa/