Cəbhə bölgəsində atəşkəs pozulub

Cəbhə bölgəsində atəşkəs pozulub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli; Ağdam rayonunun Şıxlar, Sarıcalı; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.