Cəbhə xəttində atəşkəs yenə də pozulub

Cəbhə xəttində atəşkəs yenə də pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 11-də saat 14.15-dən 14.20-dək və 17.50-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 10.40-dan 10.55-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.00-dan 23.20-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 12-də saat 06.05-dən 06.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.