Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişməz qalır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişməz olaraq qalır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib…

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişməz olaraq qalır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Gələn həftə Ermənistanda seçkilər keçiriləcək, buna görə də münaqişə tərəfləri arasında növbəti danışıqların nə vaxt baş tutacağını demək çətindir “, – nazir qeyd edib.

Məmmədyarov bildirib ki, Azərbaycanın Xocalıda aeroportun açılmasına dair mövqeyi dəfələrlə səsləndirilib və beynəlxalq institutların diqqətinə çatdırılıb.

“Biz Ermənistanın fəaliyyətini qanunsuz və bütün beynəlxalq normalara zidd olduğunu hesab edirik, çünki beynəlxalq qanunvericilik işğal edilmiş ərazilər üzərində uçuşları qadağan edir. Hətta bu uçuşlar humanitar xarakter daşısa belə “, – Məmmədyarov bildirib.

“Tərəfimizdən tikintiyə və uçuşların aparılmasına narazılıq yoxdur. Problem ondan ibarətdir ki, bu ərazilər işğal edilib. Əgər Ermənistan bu ərazilərdən qoşunlarını çıxartsa, bu uçuşları həyata keçirə bilər “, – nazir bildirib.

/Trend/