DAK Türkiyədə “Xocalı həftəsi” keçirib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Türkiyədə “Xocalı həftəsi” keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK rəhbərliyi səfər çərçivəsində Ankarada Türkiyə Böyük Millət Məclisində (TBMM) siyasi partiyalarının təmsilçiləri ilə görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı və digər məsələlər müzakirə edilib…