Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırışı elə çağırış olaraq qalacaq – ekspert

Dini liderlərin Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi barədə çağırışı elə çağırış olaraq qalacaq. Trend-in məlumatına görə, bunu “Vestnik Kavkaza ” Analitik-İnformasiya Agentliyinin Avropa bürosunun rəhbəri Orxan Səttarov deyib.
Noyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qareginın iştirak etdiyi regional dini liderlərin üçtərəfli görüşündə tərəflər əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunublar. Yekun bəyannamədə qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi məsələsi öz əksini tapıb. Söhbət zamanı Azərbaycan tərəfinin növbəti görüşün təmas xəttində keçirilməsi təklifi təqdim edilib. Erməni tərəfi bu təklifi alqışlayıb… BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.