Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi təbii axarına qayıtmalıdır

ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinə yardım etməyə davam edir və arzu edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi təbii axarına qayıtsın.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin deyib… Trend.