Azərbaycanın hakim partiyası Ukraynanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağına ümid edir.
“Biz ATƏT-ə sədrliyi dövründə Ukraynanın bu regionda münaqişələrin həlli istiqamətində fəallıq göstərəcəyinə ümid edirik. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, bu ölkə ilə GUAM çərçivəsində də sıx münasibətlər qurulub. Bu baxımdan, Ukraynanın ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aktiv siyasət aparacağını gözləyirik “, – Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib… Trend.az