Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması nəticəsində əsir və girov probleminin davam etməsi narahatlıq doğurur

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilib.
Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması nəticəsində əsir və girov kimi humanitar problemin davam etməsi ciddi narahatlıq doğurur.
Mahmudov iclasın gündəliyinə dair məlumat verdikdən sonra Dövlət Komissiyasının 2011-ci il ərzindəki fəaliyyəti barədə işçi qrupunun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış edib…
Trend.