Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas maneə etimadın olmamasıdır – Aİ-nin xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda əsas maneə tərəflər arasında etimadın olmamasıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, regiondakı mövcud münaqişələrin nizamlanmasına böyük əhəmiyyət verən Aİ gələcəkdə də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərini dəstəkləyəcək.
Aİ-nin xüsusi nümayəndəsi əsas missiyasının mövcud münaqişənin həll edilməsinə və Azərbaycanla Aİ arasında əlaqələrin genişləndirilməsinə kömək etmək olduğunu bildirib… Trend.