“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəftarıq “

“Kipr Respublikası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini dəstəkləyir və ərazi bütövlüyü prinsipinə əməl olunması tərəfdarıdır”.
APA-nın məlumatına görə, bunu Kipr Respublikasının sözçüsü Stefanos Stefanu bildirib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyini şərh edən sözçü deyib: “Biz ATƏT-in Minsk Qrupu çərçivəsində başlanan prosesi, bu problemin beynəlxalq hüquq və BMT qətnamələri əsasında sülh yolu ilə həllini dəstəkləyirik. Biz dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl olunmasına da tərəfdarıq”./APA/