Dağlıq Qarabağ problemi həllə yaxındır. Belə ki, regionun bütün ölkələri, eləcə də Ermənistan və Rusiya bu problemin nizamlanmasının zəruriliyini anlayır, çünki münaqişənin davam etməsi bu ölkələrə ziyan vurur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək bildirib.
“Ermənistan özünün işğalçı siyasətinə görə təcrid olunmuş vəziyyətdədir və bunun nəticəsində ölkə iqtisadiyyatı kəskin zəifləyib “, – İpək deyib.
İpək hesab edir ki, ciddi iqtisadi və strateji problemləri nəzərə alaraq, ölkə hakimiyyəti öz səhv siyasətini etiraf etməyə məcbur olacaq.
Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəkləyib və münaqişə həll olunana kimi Ankara qardaş ölkəyə hər cür dəstəyi davam etdirəcək.
O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllində təşəbbüslərinin nəticəsizliyi səbəbindən Türkiyə bu məsələdə daha aktiv rol oynamağa başlaya və təşəbbüsü öz əlinə ala bilər…
Trend.