Dağlıq Qarabağ üzrə danışıqlarda Azərbaycan üçün mühüm olan proses yox, nəticədir – XİN rəhbəri

Azərbaycanın başlıca prinsipi danışıqlar prosesi yox, nəticəyə nail olmaqdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Qriqol Vaşadze ilə mətbuat konfransında Moskvada Rusiya XİN rəhbərinin iştirakı ilə keçirilən Dağlıq Qarabağ üzrə danışıqlara toxunaraq deyib.
“Biz inanırıq ki, Dağlıq Qarabağ məsələsində indiki status-kvo heç kimi qane etmir və bundan çıxış edərək real nəticələr gözləyirik “, – o qeyd edib.
Bununla yanaşı, Azərbaycan XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində “müəyyən irəliləyiş ” var. “Razılığa gəlmək və tərəflərin mövqelərinin yaxınlaşması müşahdiə olunur, lakin bir sıra məsələlər var ki, onlarla bağlı intensiv danışıqlar davam etdirilməlidir “, – Məmmədyarov qeyd edib.
Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü şənbə günü Moskvada keçirilib… Trend.