Eldar Sabiroğlu: “Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vura bilərik”

“Azərbaycan Silahlı Qüvvələri strateji obyektlərini qorumağa qadirdir.
Elə radar sistemimiz var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir. Onu anında zərərsizləşdirə bilirik. Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vurarıq. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur”. APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə bölgəsində – Tərtərdə keçirdiyi mətbuat konfransında deyib… Apa.az