Elmar Məmmədyarov suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılmasına ciddi narazılığını bildirib

Bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub…

Bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub. Görüşdən əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Elman Abdullayevin sözlərinə görə, tərəflər yaxın həftələr ərzində daha bir görüş keçirmək və münaqişənin nizamlanması prosesini davam etdirmək barədə razılığa gəliblər: “Xarici işlər naziri həmsədrlərlə görüşdə suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirib. Nazir belə addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulayıb”.

Elmar Məmmədyarov həmsədrlərlə görüşdə həmçinin Xocalı aeroprotuna uçuşların qanunsuz olduğunu bəyan edib və bildirib ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər: “Artıq bütün tərəfləri qane edən sülh sazişinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı çatıb. Hansı ki bu münaqişənin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur”.

 

/APA/