Elmar Məmmədyarov: Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə spekulyasiya edir

Ermənistan, heç şübhəsiz, Azərbaycanın tərkibində yaşamaq istəyən Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarına məhəl qoymayaraq xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə spekulyasiya edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib… Trend.