Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin bütün istiqamətlərində atəşə tutublar

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndində yerləşən mövqelərimizi atəşə tutublar…

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəmli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Mərzili, Sarıcalı, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba, Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

/APA/