Ermənilər Azərbaycan Ordusunun mövqelərini üç istiqamətdə atəşə tutublar

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub…

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

/Apa/