Ermənistan prezidentinin əsas niyyəti sülh məqsədlərindən uzaqdır – Azərbaycan XİN

Ermənistanın prezidentı Serj Sarkisyanın Sevan gölündə “Birlik ” gənclər hərəkatında görüşü zamanı səsləndiridiyi bəyanatı o deməkdir, ki Paris prosesindən başlayaraq və Madrid əsas prinsiplər ilə davam etdirilən Dağlıq Qarabağa dair sülh proseslərində əldə edilən bütün razılaşmalarına son vermək isləyir, bazar günü Trend-ə XİN-nin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev dedi.
Gəncləri Azərbaycan ərazisinin işğalına çağırarkən prezident Sarkisyan yenidən sülh niyyətlərindən uzaq olan əsil məqsədlərini nümayiş etdirdi.
Öz xalqını sülhə çağırmaq əvəzinə, Sarkisyan gəncləri radikallığa çağırır. Bu isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin prezidentlərinin Rusiya prezidenti Dmitriy Medvedev, Fransa prezidenti Nikola Sarkozi və ABŞ prezidenti Barak Obama tərəfindən yayılan bəyanata ziddir. Belə bəyanatlar edərək, Sarkisyan öz əsil məqsədlərini göstərir və bununla da sübut edir ki, o sülh yolunu axtarmır və öz qeyri-konstruktiv mövqeyini dəyişmək istəmir…
Trend.