Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Agdam rayonunun işğal olunmuş Şıxlar; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında; Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.az