Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub.
Trend-in Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Vozaşen; Berd rayonunun Mosesqerx kəndlərində; Agdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı; Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.az