Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər martın 28-də saat 14:25-dən 14:28-dək və 20:15-dən 20:20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi, saat 14:50-dən 15:15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, martın 29-da saat 02:53-dən 03:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar… Trend.