Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 11:00-dan 11:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18:40-dan 18:50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 03:20-dən 03:25-dək və 04:20-dən 04:25-dək Ermənistanın İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.