Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.