Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində; Xocavənd rayonunun işgal olunmuş Kuropatkino; Tərtər rayonunun Qızıloba; Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında; Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… trend.