Ermənistan silahlıları altı istiqamətdə atəşkəsi pozublar

Ermənistan silahlıları altı istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal edilmiş Qorqan, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Agdam rayonunun Cəvahirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.az