Ermənistan silahlıları Xocavənd, Füzuli, Ağdam və Goranboy istiqamətlərində atəşkəsi pozublar

Ermənistan silahlıları Xocavənd, Füzuli, Ağdam və Goranboy istiqamətlərində atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… trend.