“Ermənistan tərəfi xaricdəki erməni diasporunun təzyiqləri nəticəsində bu və ya digər mənada geriyə addımlar atır”
Strasburq. Fuad Qulubəyli-APA. “Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ayrı bir məsələdir. Türkiyədəki erməni əhalinin hüquqlarının qorunmasına gəldikdə, bu, bizim qarşımızda əsas öhdəliklərdən biridir və bu öhdəliyə sədaqətliyik”. APA-nın məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan AŞPA-nın plenar sessiyasında çıxışından sonra Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyanın sualına cavabında deyib… Apa.