“Qarabağ münaqişənin sülh yollu ilə həlli tərəflərin siyasi iradəsindən asılıdır”

Bu gün Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq AŞ PA-nın sessiyasında çıxış edib.APA-nın Avropa bürosunun xəbərinə görə, o, komissarlığın illik fəaliyyəti haqda assambleya üzvlərinə hesabat verib…Bu gün Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq AŞ PA-nın sessiyasında çıxış edib.APA-nın Avropa bürosunun xəbərinə görə, o, komissarlığın illik fəaliyyəti haqda assambleya üzvlərinə hesabat verib.
Daha sonra T.Hammarberq parlamentarların bir sıra suallarını cavablandırıb. Azər¬bay¬can nümayəndə heyətinin üzvü Qənirə Paşayeva azərbaycanlı qaçqın və məcburi köçkünlər haqda komissara sual ünvanlayıb: “Avropa Şurası məkanında ən böyük insan haqları pozuntularından biri – 15 ildən artıqdır öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan haqlarının bərpası istiqamətində İnsan Haqları komissarı kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız? Bu insanların haqları Ermənistan tərəfindən kobud şəkildə pozulmaqda davam edir. Eyni zamanda diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. Bu il martın 8-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayper atəşi ilə qətlə yetirib. Tək övladını itirmiş ana Sizdən bir İnsan Haqları Komissarı kimi bu cinayətin törədənlərin cəzasını alması istiqamətində dəstək göstərməyinizi gözləyir”.
Komissar Q.Paşayevanın sualına cavab olaraq bildirib ki, Qarabağ münaqişəsi yalnız siyasi və sülh yolu ilə həll olunmalıdır: “Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Bunun məsuliyyəti ilk növbədə “Minsk üçlüyü”nün üzərindədir. Ümid edirəm ki, bundan sonra artıq humanitar problemlər və insan hüquqlarından irəli gələn məsələlərlə məşğul ola biləcəyik. Son vaxtlar həmsədrlər çox gərgin fəaliyyət göstərirlər. Amma münaqişənin sülh yollu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti ilk növbədə tərəflərin öz siyasi iradəsindən asılıdır”.

Apa.