Ermənistanın hərbi imicinin dağılması prosesi başlayıb – azərbaycanlı politoloq

Azərbaycanlı politoloq hesab edir ki, Ermənistanın hərbi imicininin dağılması prosesi başlayıb.
“Ermənistanda bu vaxta qədər iqtisadiyyatda və cəmiyyətdə böyük problemlər mövcud idi, amma ölkə hakimiyyəti ordunu daxili və xarici resurslar hesabına qoruyub saxlaya bilmişdi. Lakin bu resurslar artıq tükənməyə başladığından ordunun imicinin də dağılma prosesi başlayıb “, – cümə axşamı Trend Beynəlxalq İnformasiya agentliyinin konfrans zalında keçirdiyi ənənəvi mətbuat konfransında azərbaycanlı politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, artıq Ermənistan ordusu vətəni yox, oliqarxları müdafiə edən orduya çevrilib və hakimiyyət bu prosesin qabağını artıq heç cür ala bilməyəcək…
Trend.