Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda dinləmələr keçirilib. Dinləmələr Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Süleymanov Trend-ə bildirib ki, dinləmələrdə Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Elxan Süleymanov və Ayaz Orucov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak ediblər… Trend.az