Fransalı deputatların Azərbaycanın Dağlıq Qarabağ regionuna səfəri bu ölkənin vasitəçilik səylərinin üzərinə kölgə salır. Trend-in məlumatına görə, bu barədə millət vəkili Musa Qasımlı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında bildirib.
“Fransa deputatlarının Azərbaycan hakimiyyətindən icazəsiz və xəbərsiz Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etmələri bir neçə baxımdan təhlil edilməlidir. İlk növbədə, bu hərəkətlər BMT Nizamnaməsini, ATƏT-in normalarını kobud surətdə pozmaq deməkdir “, – Qasımlı əlavə edib.
O, Fransanın özünün də daimi üzv olduğu BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcvüzünə, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnamə qəbul etdiyini xatırladıb və qeyd edib ki, bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təsdiqlənir və müdafiə edilir…
Trend.