Həmsədrlər XİN rəhbərləri ilə etimadın möhkəmləndirilməsi məsələsini müzakirə ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Görüşdə etimadın möhkəmləndirilməsi imkanı barədə fikir mübadiləsi aparılıb. Bu barədə Trend bazar ertəsi təşkilatın saytına istinadən məlumat verir…

ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Görüşdə etimadın möhkəmləndirilməsi imkanı barədə fikir mübadiləsi aparılıb. Bu barədə Trend bazar ertəsi təşkilatın saytına istinadən məlumat verir. Həmsədrlər İqor Popov (Rusiya), Yan Kelli (ABŞ) və Jak For (Fransa) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər.

Həmsədrlər nazirlərlə 2012-ci ilin oktyabrında sülh prosesinin irəliləməsi üzrə tərəflərə təqdim etdikləri təklifləri müzakirə etməkdə davam edirlər.

 

/Trend/