İkmələddin Ehsanoğlu: “İƏT Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir”

“Ümid edirik ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində konsensusa nail olmaq, Azərbaycanın legitim hüququnu reallaşdırmaq və məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün nüfuzundan istifadə edəcək”. APA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İkmələddin Ehsanoğlu deyib…

“Ümid edirik ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində konsensusa nail olmaq, Azərbaycanın legitim hüququnu reallaşdırmaq və məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün nüfuzundan istifadə edəcək”. APA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İkmələddin Ehsanoğlu deyib.

Onun sözlərinə görə, İƏT Azərbaycanın legitim hüquqlarını dəstəkləmək siyasətinə sadiqdir və ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir.

/Apa/